27 oktyabr 2024 02:03
80

Sudanda üsyançıların hücumu nəticəsində 124 nəfər həlak olub

Sudanın şərqindəki Əl-Qəzirə əyalətinin Əl-Sireha kəndinə Çevik Reaksiya Qüvvələrinin (RRF) silahlı hücumu nəticəsində azı 124 nəfər ölüb, yüzə yaxın insan yaralanıb.

“İki sahil” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Vad-Medani şəhərinin Müqavimət Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, kəndə hücum üsyançılar tərəfindən onların bu yerlərdən olan komandiri Abuaqla Keykalın Sudan ordusuna keçdikdən sonra qisas almaq məqsədilə həyata keçirilib.

Xatırladaq ki, 2023-cü ilin aprelində general Məhəmməd Həmdan Dağlonun rəhbərliyi altında RRF hazırkı hökumət və ordu ilə silahlı münaqişəyə girib. Müharibə 11 milyondan çox insanın didərgin düşməsinə və ölkənin bəzi bölgələrində şiddətli aclığa səbəb olub. ABŞ və digər ölkələr RRF-ni müharibə, insanlığa qarşı cinayətlərdə və xüsusilə Qərbi Darfurda etnik təmizləmədə ittiham edib.