27 oktyabr 2024 00:25
232

“Star” qəzeti: Tarixi yalanlarlardan imtina Ermənistanın və regionun maraqlarına cavab verir

“Tarixi proseslərə baxışlardakı ziddiyyətlər Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına maneə olaraq qalır”.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin “Star” qəzetində dərc olunan “Cənubi Qafqazın gələcəyi: sülh, əməkdaşlıq və yeni imkanlar” sərlövhəli məqalədə deyilir.

Nəşrin müəllifi Oya Eren Özkan diqqəti Ermənistanın uzun illər qonşu ölkələrə qarşı ərazi iddialarından əl çəkmədiyinə, qondarma “soyqırımı” ilə bağlı yalanları fəal şəkildə təbliğ etdiyinə diqqət yönəldib. “Ankara İrəvanın iddialarını qətiyyətlə rədd edərək, erməni tərəfini Osmanlı dövlətinin mövcudluğunun son illərində baş verən hadisələrə tarixi qiymət verməyə çağırır. Bu hal ölkələr arasında əməkdaşlıq perspektivlərini çətinləşdirir, qarşılıqlı etimadsızlıq mühiti yaradır”, - deyə nəşrdə qeyd edilir.

Müəllifin fikrincə, İrəvanın Türkiyəyə qarşı tarixi yalanların təbliğindən imtina etməsi, Bakı və Ankara ilə sülh danışıqlarında fəal iştirakı həm Ermənistanın özünün, həm də bütövlükdə regionun maraqlarına mühüm töhfə verərdi.

Özkan müasir Ermənistanın üzləşdiyi miqrasiya axınını stimullaşdıran ciddi problemləri də vurğulayıb.

“2023-cü ilə qədər Ermənistanda cəmi 2,8 milyon əhali yaşayırdı. İşsizlik və məhdud resurslar fonunda bu ölkədə davamlı iqtisadi artımı proqnozlaşdırmaq mümkün deyil. İrəvanın problemlərinin uzunmüddətli həlli üçün Ankara ilə münasibətlərin yaxşılaşdırılması stimul olardı. Türkiyə ilə ticarət dövriyyəsinin artması, birgə layihələrdə iştirak və infrastruktura qoyulacaq sərmayələr Ermənistanın özünə kömək edərdi”, - deyə məqalədə daha sonra deyilir.

Müəllif son iclası İstanbulda baş tutan “3+3” platformasını regional dialoqun təşviqi üçün mühüm alət adlandırır.

“Ermənistanın özü bu cür platformalarda ən çox maraqlıdır, çünki Türkiyə ilə sərhədin açılması onun iqtisadiyyatın bərpası üçün əsas olardı”, - deyə türkiyəli jurnalist yazır.

Materialda vurğulanır ki, Bakı ilə İrəvan arasında dialoqda irəliləyiş Türkiyə-Ermənistan əlaqələrinə müsbət təsir göstərir.

“Bakının fikir ayrılıqlarını dialoq yolu ilə həll etmək istəyi İrəvan üçün, o cümlədən Ankara ilə danışıqlara konstruktiv yanaşma məsələsində nümunə olmalıdır. Türkiyə və Azərbaycanın Ermənistanla münasibətlərin yaxşılaşdırılması Cənubi Qafqazın strateji əhəmiyyətli regionunda uzunmüddətli sülhün təmin edilməsində mühüm rol oynayardı”, - deyə “Star” qəzetindəki məqalədə deyilir.