"Yorulmadan mübarizəmizi davam etdiririk. Qəhrəman Türk Silahlı Qüvvələrimiz Suriyanın şimalında “Fərat Qalxanı”, “Barış pınarı” və Mənbic bölgələrində müəyyən etdikləri 17 PKK/YPG terrorçusunu zərərsizləşdirib”.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) məlumat yayıb.
Qeyd edilib ki, terrorun aradan qaldırılması üçün gözlənilməz və qeyri-ənənəvi, sürətli və davamlı əməliyyatlar davam etdiriləcək.
Məhərrəm Ağalaroğlu, “İki sahil”