Seçimimiz çox sadədir. Ya gürcü xalqının, Vətənimizin xidmətində olacaq hökuməti, ya da yalnız xarici ölkələrin tapşırıqlarını yerinə yetirəcək agentləri seçməliyik.
“İki sahil” xəbər verir ki, bunu Gürcüstanda keçirilən parlament seçkilərində səs verən hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının fəxri sədri Bidzina İvanishvili xalqa müraciətində söyləyib.
Xalqı seçkiləridə fəal olmağa dəvət edən B.İvanoşvili deyib: “Bilirsiniz ki, qonşuluğumuzda müharibə var. Agentləri idarə edən ölkələr Gürcüstanı müharibəyə cəlb etmək istəyirlər. Onlara səs versəniz, Gürcüstan müharibəyə cəlb edəcəklər. Sizi əmin edirəm ki, bu, uzun çəkməyəcək və dərhal baş verəcək. Ölkənin inkişafı ilə məşğul olmaq əvəzinə, fəlakət və ölkənin dağıntısını əldə edəcəyik”.
“Xalqa xidmət edən hökumətə səs verməklə ölkəmizi cinayətkarlardan təmizləməyə nail olmalıyıq. Keyfiyyətcə yeni cəmiyyət yaratmalıyıq, hansı ki, o cəmiyyətdə nifrət olmayacaq", - deyə B.İvanişili vurğulayıb.