Şənbə günü gecə İsrailin cavab zərbə nəticəsində İran ordusunun iki əsgəri həlak olub.
“İki sahil” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi İran ordusundakı mənbələrə istinadla məlumat yayıb.
Məlumatda deyilir ki, ordu İranın təhlükəsizliyini qorumaq naminə iki döyüşçüsünü qurban verib.
İsrail ordusu yəhudi dövlətinə qarşı hücumlara cavab tədbirləri çərçivəsində İrandakı hərbi obyektlərə zərbələr endirdiyini açıqlayıb. Bildirilib ki, İrana hücum yalnız hərbi hədəflərlə məhdudlaşıb, nüvə və neft obyektlərinə şamil edilməyib.