Litvanın şimal-şərqindəki üç bələdiyyənin ərazisində hərbi təlimlər başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Baltikyanı respublikanın ordu komandanlığı məlumat yayıb.
Bildirilir ki, qiymətləndirmə məqsədi daşıyan təlimlərdə regional təhlükəsizlik xidmətinin könüllü bölmələri - Müdafiə Nazirliyi sisteminə inteqrasiya olunan hərbiləşdirilmiş strukturlar iştirak edir. İştirakçılar piyada və təkərli texnikada simulyasiya olunmuş döyüş sursatlarından istifadə etməklə hərəkət edəcəklər.
Son vaxtlar Litvada hərbi təlimlərin mülki ərazilərdə keçirilməsi müntəzəm xarakter alıb.