CNN-in keçirdiyi son sorğu ABŞ-da prezident seçkiləri ilə bağlı namizədlər Kamala Harris və Donald Trampın bərabər mübarizə apardığını göstərir.
“İki sahil” xəbər verir ki, CNN seçkilərə 10 gün qalmış SSRS ilə birgə sonuncu sorğusunu keçirib. Sorğuya əsasən seçicilərin 47 faizi Kamala Harrisi və Donald Trampı dəstəkləyirlər. Sentyabrda keçirilmiş sorğuya əsasən Harrisin faiz göstəricisi 48, Trampda isə bu rəqəm 47 olub. Cozef Baydenin seçki yarışından geri çəkilməsi və Kamala Harrisi dəstəkləməsindən sonra qeydiyyatda olan seçicilərin 49 faizi Trampı, 46 faizi isə Kamala Harrisi dəstəkləyirdi.
ABŞ-da ümumi seçkilər noyabrın 5-də keçiriləcək.