BMT sözçüsünün müavini Farhan Haq Ukrayna Prezidenti Volodimir Zelenskinin BMT Baş katibi Antoniu Quterrişin ölkəyə səfər etmək istəyini rədd etdiyi iddialarının yalan olduğunu bildirib.
“İki sahil” xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı qərargahında keçirilən gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran BMT rəsmisi Baş katibin Ukraynaya səfər edəcəyini və bununla bağlı Zelenskinin Ofisi ilə tarix dəqiqləşdirilməsi üzərində iş aparıldığını qeyd edib: "Bildirmək istəyirəm ki, biz Zelenski və Baş katib üçün uyğun zamanda görüşü təmin etmək məqsədilə son günə qədər çalışırıq".
Qeyd edək ki, Ukrayna KİV-lərində yayılan xəbərdə, Baş katibin Kazanda keçirilən BRIKS sammitində iştirakı səbəbindən Zelenskinin onu Ukraynaya dəvət etməkdən imtina etdiyi qeyd olunub.