25 oktyabr 2024 21:35
400

Mötəbər beynəlxalq tədbir ərəfəsində vacib çıxış

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər xarici rəsmi səfəri Azər­bay­­can dövlətçiliyinin möhkəmləndiriliməsi baxımından əhəmiyyətli olur. Möhkəm dövlətçiliyə malik olan dövlətin dünyada siyasi nüfuzu da yüksəlir, iqtisadi qüdrəti də artır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 24-də Kazana sə­fəri də, XVI BRICS sammitinin “Outreach”/”BRİCS+”  formatının ilk plenar iclasında çıxışı da son il­lərin siyasi hadisələrini də əhatələdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əli­ye­vin çııxışı da bu baxımdan xarakterik oldu.

Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycanın Avra­si­yanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin Azərbaycanın ərazisindən keçdiyini, bu nəqliyyat yollarının Azər­baycanın ərazisində olan bütün seqmentlərinin uğurla fəaliyyət göstərdiyini, ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırıldığını xatırladadarq dedi: “Azərbaycan artıq Qlobal Cənub və Qlobal Şimal ara­sın­da iqlim üzrə əməkdaşlığa töhfə verir və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcək”.

Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında Azər­baycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ara­sında görüş oldu. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər mə­sə­lələri müzakirə etdilər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurul­ma­sı haqqında Saziş üzərində işlərin mümkün qədər  yekunlaşdırılması və imzalanması üçün ikitə­rəf­li danışıqları davam etdirmək barədə təlimat verildi...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu rəsmi səfərdə çıxışı  Azər­­­­bay­­canda keçiriləcək mötəbər və çox geniş miqyaslı Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyiş­mə­lə­ri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) ərəfəsində əhəmiyyətli, məzmunlu, gərəkli çıxış kimi kimi dinlənildi.

Səbinə Xasayeva,
Milli Məclisin deputatı