25 oktyabr 2024 19:33
234

Gürcüstanda parlament seçkilərində 26 siyasi partiya, ictimai birlik və hərəkat iştirak edəcək

Oktyabrın 26-da Gürcüstanda növbəti parlament seçkiləri keçiriləcək. Seçkilər ilk dəfə proporsional sistem üzrə təşkil olunacaq.

“İki sahil” xəbər verir ki,  seçkilərdə 26 siyasi partiya, ictimai hərəkat və birlik 150 deputat yeri uğrunda mübarizə aparacaq.

Əvvəlcədən müəyyən olunmuş 5 faizlik baryeri keçəcək partiya parlamentdə deputat mandatı qazana biləcək. Seçkilərə qatılan siyasi partiyaların 428 namizədi qeydiyyatdan keçib. Ən çox namizəd (150 nəfər) “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasından (sədr İrakli Qaribaşvili) qeydə alınıb. “Avropalı Gürcüstan – azadlıq üçün hərəkat”ın (sədr Georgi Çereteli) 22 namizədi, “Gürcüstanın Birləşməsi və İnkişafı Partiyası”nın (sədri Kamal Muradxanov) 16 namizədi, “Yeni Birlik – Gvaramiya, Melia”nın (sədr Nika Melia) 27 namizədi, “Birləşmə – Milli Hərəkat”ın (sədr Tinatın Bokucava) 31 namizədi, “Avropa Demokratları”nın (sədr Paata Davitaya) 12 namizədi, “Gürcüstanın Patriotları Alyansı”nın (sədr David Tarxan-Mouravi) 11 namizədi, “Güclü Gürcüstan – Lelo, Xalq üçün, Azadlıq üçün” Birliyinin (sədr Mamuka Xazaradze) 16 namizədi, “Gürcüstanın Laboratoriya Partiyası”nın (sədr Şalva Natelaşvili) 20 namizədi, “Gaxariya – Gürcüstan üçün” Partiyasının (sədr Georgi Gaxariya) 27 namizədi var. Digər partiya və təşkilatlardan olan namizədlərin sayı isə 3-9 arasında dəyişir.