25 oktyabr 2024 22:42
78

Rusiyanın itkiləri açıqlandı - 975-ci gün

Ukrayna müharibənin 975-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 685 910 hərbçi, 9 097 ədəd tank, 18 287 ədəd zirehli döyüş maşını, 19 753 ədəd artilleriya sistemi, 1 238 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 982 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 27 365 ədəd avtomobil texnikası, 17 670 ədəd PUA, 2 625 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 535 xüsusi avadanlıq itirib.