25 oktyabr 2024 16:13
215

Qvadelupalı fəal: Ölkəmiz hələ də Fransanın müstəmləkəçiliyi altındadır

Qvadelupada apardığımız mübarizə çox ağırdır, çünki ölkəmiz hələ də Fransanın müstəmləkəçiliyi altındadır.

“İki sahil” xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən hazırlanmış "Fransanın Dənizaşırı Ərazilərində İnsan Hüquqlarının Pozulması Haqqında Hesabat"ın təqdimatına həsr edilən mətbuat konfransında Qvadelupa təmsilçisi, UPLG-nin baş katibinin müavini Ali Meril deyib.

O qeyd edib ki, ərazidə insan hüquqlarının pozulması məsələsi təmsil etdiyi təşkilatın və hər bir Qvadelupalının gündəlik narahatlıq mövzusudur:

"Ümumiyyətlə, Qvadelupe xalqı daim ehtiyat içində yaşayır. Klod Jan-Pyer, "Klodo" kimi tanınan şəxsin adi bir yol yoxlaması zamanı həyatını itirməsi buna bariz nümunədir. Qvadelupalılar yaxşı bilirlər ki, ərazidə yerləşən Fransanın repressiya qüvvələri ilə adi yoxlama zamanı hər şey baş verə bilər və onlar qarşılaşdıqları istənilən haqsızlığa görə ədalətli yanaşma görməyəcəklər".

O qeyd edib ki, fransız qüvvələrinin törətdiyi zorakılıq və repressiyalar nəticəsində həyatını itirənlər arasında olan üç ailə hazırda vəkilləri ilə birlikdə yaxınlarının ölümünün ədalətli araşdırılması və məhkəmə prosesinin keçirilməsi uğrunda mübarizə aparır:

"Lakin onlar fransız məhkəmələrinin hadisələri obyektiv şəkildə araşdırmasına və məhkəməyə çıxarmasına nail olmaqda çətinlik çəkirlər.
Qvadelupa xalqı artıq əmindir ki, Fransanın hərbi və polis qüvvələri onlara hörmət bəsləmir və xalqa xidmət etmir. UPLG olaraq biz inanırıq ki, Qvadelupa xalqının da bütün xalqlar kimi, hüquqları var və onların tələbi Qvadelupalıların haqlarına dünya miqyasında hörmət edilməsidir".

A.Merlinin sözlərinə görə, Qvadelupada insan hüquqlarının qorunması və müstəqillik tələbinə Fransa repressiyalarla cavab verir:

"Çünki Fransanın müstəmləkə rejimi qvadelupelilərin öz torpaqlarında yaşamasına və işləməsinə mane olmaq üçün hər şey edir. Təhlükəsizlik problemləri, içməli su çatışmazlığı. bahalı həyat, işsizlik, polis zorakılığı bütün bunlar insanları ölkəni tərk etməyə məcbur etmək üçün həyata keçirilir. Ötən 60 il ərzində xalqın azadlıq, suverenlik və müstəqillik istəyinə qarşı Fransanın verdiyi cavab repressiya, rasizm və insan hüquqlarının inkarı olub".
Ali Merilin sözlərinə görə, 2024-cü ilin sonuna yaxın artıq demək olar ki, Fransa, işğalçı dövlət olaraq, heç bir müsbət addım atmır, əksinə, hər hansı fərqli səsləri boğmaq üçün əlindən gələni edir:

"Fransanın hazırkı hökuməti nə Qvadelupedə, nə də digər müstəmləkələrində insan hüquqlarını tanımaq və müdafiə etmək niyyətindədir. Qiymət artımına qarşı etiraz edən xalqlara qarşı məhkəmə təqiblərinin həyata keçiriləcəyini açıq şəkildə bəyan edir. Fransanın belə addımları, Qvadelupe, Martinika və digər müstəmləkələrdəki insanlara qarşı repressiyaların davam edəcəyini göstərir".