Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və “Subsea7” şirkəti arasında yeni layihələr üzrə potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib.
"İki sahil" bu barədə SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, şirkətin prezidenti Rövşən Nəcəf “Subsea7”nin baş icraçı direktoru Con Evans ilə görüşüb. Görüşdə ötən dövr ərzində “Subsea7” şirkəti tərəfindən ölkəmizdə uğurla həyata keçirilən layihələr barədə məlumat verilib.
Söhbət zamanı “Subsea7” şirkətinə məxsus yeni texnologiyaların Xəzər dənizin Azərbaycan sektorunda tətbiqinin yeni layihələrə qata biləcəyi dəyərlər barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.