Fələstinin HƏMAS hərəkatının siyasi büro rəhbərinin müavini Musa Əbu Mərzuk Moskvada səfərdədir.
“İki sahil” xəbər verir ki, bu haqda diplomatik mənbə RİA Novosti-yə bildirib.
Onun Rusiya rəsmiləri ilə görüşlərinin planlaşdırıldığı bildirilir.
Bu, Musa Əbu Mərzukun Qəzza zolağında müharibə başlayandan bəri Moskvaya beşinci səfəridir. O, sonuncu dəfə Rusiyaya iyun ayında gəlib. Daha sonra danışıqların mövzularından biri də Fələstin təşkilatının əsirliyində olan iki Rusiya vətəndaşı Aleksandr Lobanov və Aleksandr Trufanovun taleyi olub. Onların İsrail vətəndaşlığı da olub. İsrail hərbçiləri Lobanovun cəsədini sentyabrın əvvəlində aşkar ediblər.