20 oktyabr 2024 13:33
444

Naxçıvanda ilk dəfə olaraq məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirilmə prosesi keçirilir - FOTO

Bu gün Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilməsi keçirilir

“İki sahil” xəbər verir ki, Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə yaradılan İmtahan Mərkəzində keçirilən diaqnostik qiymətləndirmənin ilk seansında   Naxçıvan Muxtar Respublikasının məktəbəqədər təhsil müəssisələrindən 160  tərbiyəçi-müəllimin iştirak edir. 
Qeyd edək ki, bu gün ümumilikdə iki seansada keçiriləcək prosesdə 300-ə yaxın  tərbiyyəçi- müəllimin  iştirakı nəzərdə tutulur. 

Qeyd edək ki,  məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə diaqnostik qiymətləndirilməyə dair maarifləndirici görüşlər keçirilib, onlayn formada 2 sınaq qiymətləndirilmə və seminarlar təşkil olunub.