18 oktyabr 2024 18:48
98

Meloni İordaniyaya və Livana səfər edib

İtaliyanın Baş naziri Ciorcia Meloni İordaniya Haşimilər Krallığına və Livana səfər edib.

“İki sahil” xəbər verir ki, İtaliya Nazirlər Şurasının məlumatına görə, Ciorcia Meloni Aqaba şəhərində İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynlə görüşüb. İki lider Yaxın Şərqdəki mövcud vəziyyəti, Qəzzada atəşkəsin təmin olunması və girovların azad edilməsi üçün birgə səyləri müzakirə edib, iki dövlətli həllə aparan siyasi prosesin zəruriliyini bildiriblər.

İtaliyanın Baş naziri daha sonra Livana gedib. Ciorcia Meloni Beyrutda livanlı həmkarı Nəcib Mikati ilə görüş keçirib. Görüşdə son dövrlərdə İsrailin BMT-nin Livandakı sülhməramlı missiyasına (UNIFIL) hücumları, missiyada iştirak edən İtaliya hərbi kontingentinin təhlükəsizliyi əsas müzakirə mövzusu olub.