Alimlər dişlərindəki ləkələrdən və ya izlərdən yüz illər əvvəl vəfat etmiş bir insanın siqaret çəkib-çəkmədiyini müəyyən edə bilirlər. Belə ki, tüstüdən dişlərin dilə baxan tərəfində qara və ya qəhvəyi ləkələr müşahidə olunur. Lakin bəzən skeletin dişləri olmur və ya onlar bədənin qalan hissəsindən ayrılır. Bu, insanın siqaret çəkib-çəkmədiyini müəyyən etməyi çətinləşdirir.
İngiltərənin Lester Universitetinin tədqiqatçıları sümüklərin xarici təbəqəsini əmələ gətirən və möhkəmliyi təmin edən sıx toxuma olan kortikal sümükdə (sümüyün xarici təbəqəsini təşkil edir) tüstünün molekulyar izlərini axtaran üsul hazırlayıblar. Mütəxəssislər yeni üsulla 1150-1855-ci illər arasında ölən 323 nəfərin məzarlarından çıxarılan sümükləri araşdırıblar, tütündən istifadə edən və etməyən insanların sümüklərini müəyyən ediblər.
Tədqiqatçı Sarah İnskip deyib: “Araşdırmamız müəyyən etdi ki, siqaret təkcə dişləri ləkələmir, həm də orada daim qala biləcək kimyəvi molekullar buraxır. Siqaret çəkən və çəkməyən insanların öldükdən sonra sümüklərinin molekulyar xüsusiyyətlərində əhəmiyyətli fərqlərin olduğunu müəyyən etdik. Bu nəticə tütündən istifadənin skelet quruluşumuza təsirini aşkarladı".
Məzarlardan çıxarılan sümükləri araşdıran britaniyalı tədqiqatçılar tütün çəkənlərlə çəkməyənlər arasında fərqlənən 45 "fərqli molekulyar xüsusiyyət" müəyyən edib. "Science Advances" elmi nəşrində paylaşılan araşdırmada tütündən istifadə etdiyi bilinməyən insanlarda istifadəni aşkar etmək üçün kifayət qədər fərqli bir metabolik qeyd (maddələr mübadiləsinin pozulması ilə əlaqəli xəstəlik) aşkarlanıb. Tədqiqat əsasən göstərdi ki, tütün istehlakı insanın ölümündən yüz illər sonra da insanın kortikal sümüklərində metabolik iz qoyur.
Araşdırmalar göstərir ki, siqaretdən istifadə məhz bəzi dayaq-hərəkət və diş xəstəlikləri üçün risk faktorudur. Digər tərəfdən, elmi araşdırmalar xərçəngdən tutmuş infarkta qədər bir çox xəstəliyin inkişafını sürətləndirən tütün 17-ci əsrdə müalicəvi xüsusiyyətlərə dair inancın yalnış olduğunu ortaya çıxardı.
Vüsal Cahanov, “İki sahil”