Energetika naziri Pərviz Şahbazov oktyabrın 18-də Göygöl şəhərində vətəndaşları qəbul edib.
“İki sahil” xəbər verir ki, nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların elektrik enerjisi və qaz təchizatı, şəbəkəyə qoşulma, elektrik qurğu və avadanlıqlarının mühafizə zonası və digər məzmunlu müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Qəbulda Gəncə, Goranboy və Tovuz rayonlarından olan 15 vətəndaş iştirak edib.
Vətəndaşların rifahının yüksəldilməsi, təhlükəsizliyi və sosial müdafiəsi həmişə prioritet olub
“İdman Analitikası və Süni İntellekt: Elmi İnteqrasiya” adlı tələbə və gənc tədqiqatçıların IV Elmi-praktik konfransı keçirilib