18 oktyabr 2024 14:45
105

Vərəmdən qorunmaq üçün nələrə diqqət edilməlidir? - HƏKİM MƏSLƏHƏTİ

Vərəm ilk etapda kimyəvi preparatlarla müalicə olunur, bu halda gecikdirilmədən erkən diaqnoz qoyulursa xəstə müalicə ilə tam sağala bilir, gecikdirilmiş hallarda və təkrar vərəm xəstələrində əsas vərəməleyhinə dərmanların qəbulu ilə yanaşı alternativ müalicə üsullarından istifadə edilir-cərrahi üsul da məhz bunlardan biridir.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Elmi -Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova bildirib.

İradə Axundova  qeyd edib ki, vərəmdən qorunmaq üçün sağlam həyat tərzi mühüm şərtlərdən biridir: “Zərərli vərdişlərdən uzaq olmaq vacibdir. Əgər xəstə ilə təmas halı varsa bu halda qoruyucu kimyəvi profilaktik kursla xəstəliyin qarşısını almaq mümkündur. Gündəlik keyfiyyətli və düzgün kalorili qidalanma rejiminə əməl etmək lazımdır.

Yaqut Ağaşahqızı, "İki sahil"