18 oktyabr 2024 15:05
80

Gürcüstandan gələn azərbaycanlı səyyahlar Xankəndidən Ağdama gediblər - YENİLƏNİB

Gürcüstandan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərə gələn bir qrup azərbaycanlı səyyahın Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetinə baş çəkiblər.

“İki sahil” xəbər verir ki, qonaqlar universitetdə yaradılan şəraitlə tanış olub, tələbələrlə həmsöhbət olublar.

Səyyahlar bundan sonra Ağdama yollanıb, burada Cümə məscidinə baş çəkiblər. Bununla da qrupun azad edilmiş ərazilərə səfəri başa çatacaq.

***

Gürcüstandan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərə gələn bir qrup azərbaycanlı səyyahın Xankəndiyə səfəri başlayıb.

“İki sahil” xəbər verir ki, səfər çərçivəsində onlara şəhər barədə geniş məlumat veriləcək.

Qeyd edək ki, dünən Gürcüstandan olan bir qrup azərbaycanlının işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb.

Səfərin iştirakçıları ilk olaraq Şuşa şəhərinə gəliblər. Qonaqlar şəhərin tarixi məkanlarını ziyarət ediblər. Onlara Şuşa haqqında geniş məlumat verilib.