18 oktyabr 2024 14:23
81

Siqaret ağciyər xərçəngi RİSKİNİ ARTIRIR

Siqaret çəkmək sağlamlığa zərər verən ən ciddi səbəblərdən biridir. Tütün məhsullarından istifadə orqanizmin bütün sistem və orqanlarına təsir edir. Eyni zamanda tütün və tütün məhsulların istifadəsi, tənəffüs yolları xəstəliklərinin yaranmasında və inkişafında mühüm risk faktorudur.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Elmi -Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova bildirib.

İradə Axundova bildirib ki, bu, bir neçə mexanizmlə baş verir: siqaret tütüsünün tərkibindəki zəhərli kimyəvi maddələr (karbondioksid, nikotin, formaldehid, benzopiren və s.), iltihab və allergiya. 

Bu zərərlər bronxların daralmasına, müdafiə sisteminin zəifləməsi, ağciyər xərçənginin riskinin artmasına səbəb olur.

Yaqut Ağaşahqızı, "İki sahil"