18 oktyabr 2024 13:32
83

BRİKS ölkələri ilə G7 ölkələri arasında fərq artır - Putin

BRİKS ölkələrinin ümumi ÜDM-i 60 trilyon dollardan çoxdur, qlobal məhsulda ümumi pay inamla G7 göstəricilərini üstələyir və artmaqda davam edir.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu  Rusiya prezidenti Vladimir Putin BRICS biznes forumunun plenar iclasında deyib.

“Mən artıq sizin rusiyalı həmkarlarınızla ictimai görüşlərdə bu barədə danışmışam, amma yenə də burada, sizin iştirakınızla deyəcəyəm. Məsələn, 1992-ci il , G7 - 45,5% (dünya ÜDM-in). Həmin il BRİKS ölkələrinin payına dünya ÜDM-in 16,7%-i düşüb. İndi də... Bizim birlik 37,4%, “yeddilik qrupu” isə 29,3% təşkil edir. Və fərq genişlənir, artacaq, bu qaçılmazdır, bu tamamilə başa düşülən dinamikadır”, - deyə, Rusiya Federasiyasının rəhbəri bildirib.

O, qlobal mal ixracının təxminən dörddə birinin BRICS-in payına düşdüyünü vurğulayıb.