17 oktyabr 2024 14:25
460

Müşfiq Məmmədli şəhid ailələrini ziyarət edib

Milli Məclisin deputatı Müşfiq Məmmədli Siyəzən rayonunda 44 günlük Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olan Əzimov Saatmirzə Feyruz oğlunun ailəsini ziyarət edib.

“İki sahil” xəbər verir ki, deputat şəhidin döyüş yolu ilə tanış olub və ailəsinə başsağlığı verib.

Bundan əlavə, Müşfiq Məmmədli Məşrif kəndində şəhid Məhərrəmov Elməddin Şahlar oğlunun anım günü ilə əlaqədar ailəsini ziyarət edib. O, şəhidin qəhrəmanlıq yolu ilə bir daha tanış olub və ailəsinə dərin hüznlə başsağlığı verib.

Deputat Müşfiq Məmmədli şəhidlərimizin göstərdiyi fədakarlığın hər kəs üçün bir örnək olduğunu vurğulayaraq, şəhid ailələrinin dərdlərini hər zaman paylaşdıqlarını və onların yanında olduqlarını qeyd edib.