Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Heydər Əliyev prospektində yeni yol nişanları quraşdırılır.
AYNA-dan "İki sahil"ə bildirilib ki, müasir standartlara cavab verən bu yol nişanları ekoloji təmiz və təkrar emala uyğun yüngül materialdan hazırlandığından həm davamlı, həm də ətraf mühitə zərərsizdir. Həmçinin korroziyaya dayanıqlı olan bu nişanlar maksimum işıqqaytarıcı və aydın görüntünü təmin edir.
Əvvəlkilərlə müqayisədə daha kompakt ölçüləri sayəsində bu nişanlar şəhərimizdə xoşagəlməz görüntünü azaltmağa kömək edir.
Vətəndaşların rifahının yüksəldilməsi, təhlükəsizliyi və sosial müdafiəsi həmişə prioritet olub
“İdman Analitikası və Süni İntellekt: Elmi İnteqrasiya” adlı tələbə və gənc tədqiqatçıların IV Elmi-praktik konfransı keçirilib