Təmir-quraşdırma işləri ilə əlaqədar bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
“İki sahil” xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən (İB) məlumat verilib. Bildirilib ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsində qaz tənzimləyici şkafın yerinin dəyişdirilməsi və mövcud qaz xəttinin yenisi ilə əvəz olunması, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yeni çəkilmiş qaz xətlərinin şəbəkəyə qoşulması, Sabunçu rayonu, Pirşağa qəsəbəsində qaz sayğaclarının giriş hissəsində əymə üsulu ilə montaj olunması məqsədilə 14 oktyabr 2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-quraşdırma işləri görülən müddətdə Xəzər rayonu üzrə Mərdəkan və Şüvəlan qəsəbələrinin bir hissəsinin, Nərimanov rayonu üzrə C.Hacıbəyli küçəsinin, Sabunçu rayonu üzrə isə Pirşağa qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO