14 oktyabr 2024 07:56
316

İşğal dövründə dağıdılan Laçın yenidən qurulur

Öz gözəlliyi , səfalı torpaqları ilə seçilən Laçın 30 il əsarətdən sonra, nəhayət ki, azad olunarkən digər torpaqlar kimi  darmadağın olunmuş şəkildə özümüzə qaytarıldı. 1 şəhər, 1 qəsəbə,125 kəndi olan Laçın yerlə-yeksan edilmişdi. Onun azad olunması isə tarixi bir hadisə idi.Belə ki, Qarabağın digər torpaqlarının azadlığı zamanı minlərlə şəhid versək də Ağdam, Laçın, Kəlbəcərin azadlığı tariximizə zəfərlə yazıldı. Biz bir güllə atmadan Laçınımızı geri aldıq. Buna düşmən məcbur edildi.Bu , bizim həyatımıza sevinc hissi yaşadacaq tarixi bir qələbə idi. Laçın rayonunun Ermənistana qalmalı olduğu fikri ilə ermənilər özləri özlərini aldatsalar da, ölkə prezidenti öz qərarında sona qədər qəti idi.

“Şuşa ,Laçın ,Kəlbəcər Azərbaycana qayıtmasa heç bir razılaşma ola bilməz.” Bəli,işğalda olan bütün rayonların Azərbaycana qaytarılması məsələsi danışıqların mərkəzində yerləşirdi.  Beləliklə, qərarında qəti olan ölkə Prezidentinin siyasəti nəticəsində biz bu torpaqları azad edə bildik.  Öz ata-baba yurduna dönən Laçınlılar Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçının öz əvvəlkindən də gözəl və inkişaf etmiş bir bölgəyə çevriləcəyinə əmin idilər.

Laçın  2022-ci il 26 avqustundan etibarən Azərbaycanın nəzarətinə keçdi. Hal-hazırda Laçının inkişafını daim nəzarətdə saxlayan Prezident tez-tez buraya səfər edərək quruculuq işlərini daha da gücləndirməyə çalışır.  Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki,Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik.Cənnətin əgər  təsviri varsa, bu gün bax budur. Gözəl təbiət,əzəmətli dağlar,gözəl binalar,evlər hər şey çox böyük zövqlə yaradılır kı, həm insanlar burada rahat yaşasınlar,həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”- deyən prezident öz sözünün üstündə durmaqdadır.Bəli, burada aparılan quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılmaqdadır.Talan edilmiş şəhərdə yaşıllığın salınması ,fərdi evlərin ,həmçinin çoxmərtəbəli evlərin,xəstəxana və məktəblərin tikilişi ,mədəniyyət və turizm obyektlərinin,Memorial Parkın salınması şəhərsalma planının əsas məqsədində özünə yer almaqdadır. Planlaşdırmada olan “15 dəqiqəlik şəhər”prinsipini yaşayış məhəllələrinin gündəlik təlabat obyektlərinin yaxın məsafədə olmasını və aşağı surətli  yol infrastrukturunun təşkili şəhər sakinlərinin rahatlığını daim təmin edəcək. Həkəri çayında astana və göl yaradılıb, gölün üzərinə də asma körpü çəkilmişdir. Ətrafındakı yaşıllıqlar,kotteclər isə bura xüsusi yaşıllıq verir.

Burada çimərliklərin fəaliyyəti,əyləncə mərkəzlərinin açılışı insanların rahat istirahətinin daim təminatına çevriləcək. İstehsalat, xidmət və tədris müəsisələrinin yaradılması,əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzindədir.Şəhərdə yaradılan Aqro və Sənaye Parkında 46 müəsisənin fəaliyyət göstərəcəyi təqdirəlayiqdir.Burada həm iri , həm də kiçik mebel fabrikləri,balıq təsərrüfatı , yeyinti sənayesi ,yüngül sənaye,emal müəssisələri,xırdabuynuzlu heyvanlar üzrə elmi təcrübə mərkəzləri də nəzərdə tutulmuşdur. Xudafərin - Qubadlı-Laçın yolunda aparılan quruculuq işləri müvəffəqiyyətlə davam etdirilir.Burada asfalt hissəsi döşənildiyi üçün yaşayış məntəqələrinə gediş asanlaşıb.

Məcburi köçkünlərin öz doğma yurduna dönüşü üçün Böyük Qayıdışa dair Dövlət Programının icrası Cocuq Mərcanlı kəndindən başlayaraq digər Qarabağ torpaqlarında uğurla davam etdirilir.

Bu gün Laçınlıların otuz ildən sonra öz torpaqlarında axır ki ,rahat yaşayışı təmin olunmuşdur.

26 avqust-Laçın Şəhəri Günü kimi qeyd olunur. Bu sevincli gün üçün nəinki Laçınlılar, bütün Azırbaycan xalqı və bütün türk dünyası bu xalqın Qalib Liderinə, həmçinin bu torpaqların azadlığı naminə canını fəda etmiş şəhidlərə daim minnətdardılar.

Güntəkin Tağıyeva,
Bakı şəhəri, Xətai rayonu, T.Bağırov adına 59 nömrəli tam orta məktəbin Azərbaycan dili vəədəbiyyat fənn müəlimi,
YAP Xətai rayon təşkilatının üzvü