11 oktyabr 2024 11:54
219

MDB-nin mədəniyyət paytaxtı - Laçın şəhəri

Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyaya səfər edib.8 oktyabr tarixində Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib.İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib.MDB 1991-ci il dekabrın 8-də yaradılmışdır.Azərbaycan Respublikası 1993-cü ildə MDB-nin tam hüquqlu üzvü oldu.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət və hökümət başçılarını qarşıladı.İclasda iştirak edən dövlət başçıları birgə foto çəkdirdilər.Dövlətimizin başçısı İlham Əliyev iclasda çıxış edib:İlk öncə Rusiya Prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik edib.Daha sonra II Qarabağ müharibəsindən,Laçın şəhərinin azad olunmasından,bərpa-quruculuq işlərindən bəhs edib.Azərbaycan Respublikasının torpaqları 30 ildən çox erməni işğalı altında idi.Dəfələrlə dünya əhəmiyyətli iclaslarda,tədbirlərdə Qarabağ mövzusu müzakirə edilib,erməni təcavüzkarlarının Qarabağ torpaqlarını Azərbaycan Respublikasına təhvil verib ərazini boşaltmaları haqqında qərarlar qəbul olunsada,erməni işğalçıları hər dəfə müxtılif bəhanələr gətirərək qərardan boyun qaçırıblar.Bununla belə,Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmaq üçün dəfələrlə təxribatlara əl atıblar.Bütün bu təxribatların qarşısını Azərbaycan ordusu qəhrəmanlıqla dəf edib,düşməni cavab atəşi ilə susdurub.

 2020-ci il sentyabrın 27-də başlayan 44 gün davam edən Vətən müharibəsinin nəticəsində torpaqlarımız ordumuzun,igid əsgərlərimizin cəsarəti sayəsində düşmən tapdağından azad olundu.Noyabrın 10-da Kapitulyasiya aktını imzalamağa məcbur olan Ermənistan rəhbərliyi silahı yerə qoymağa məcbur oldu.Dekabrın 1-də Laçın şəhəri azad edildi.Prezident İlham Əliyevin sərəncamı ilə 1 dekabr-Laçın şəhəri günü elan olunub.

 MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən,Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın Şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib.Növbəti il isə Azərbaycanda III MDB Oyunları keçiriləcək.Gəncə şəhəri idman paytaxtına çevriləcək.

Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı layihələrin həyata keçirildiyini,əlaqələrin uğurla inkişaf etdiyini bildirdi.Daha sonra sənədlər imzalandı

Günel Süleymanlı,
YAP Xətai rayon təşkilatının General Şıxlınski 56/2 ünvanı üzrə ərazi partiya təşkilatının üzvü