08 oktyabr 2024 03:02
457

Kələm turşusu faydalıdır, yoxsa?..

Turşu kələm yalnız ənənəvi rus qəlyanaltısı deyil, həm də vitamin və qida maddələrinin əsl mənbəyidir. Turşu kələmdən maksimum faydanı necə əldə etmək barədə mütəxəssislər “Rusiya” telekanalında "Ən vacibi haqqında" verilişində danışıblar.

Fermentasiya prosesi məhsulun tərkibini tamamilə dəyişdirən əsl biotexnologiyadır. Kələm turşusu C vitamini, B vitaminləri, kalium, maqnezium və digər faydalı elementlərlə zəngindir. Üstəlik fermentasiya prosesi kələmi bağırsaq mikroflorasına faydalı təsir göstərən probiyotiklərlə zənginləşdirir.

Bütün kələmlər turşu üçün uyğun deyil. Kələmdən istifadə edərkən üst qabığın soyulub atılması məsləhətdir. Kələm yetişmiş və ağ gövdəli olmalıdır; Kələmi yaxşıca doğramaq və şirəsini buraxmaq üçün duz ilə qarışdırmaq vacibdir.

Turşu kələm tamamilə şirəsi ilə örtülməlidir. Su ilə örtülməzsə, butirik turşu fermentasiyası başlaya bilər ki, bu da kələmi zəhərli edəcək. Kələm turşusu təxminən 45 gündən sonra yeməyə hazır olur. Lakin dördüncü gündən də yeyilə bilər. Təzə turşu qoyulmuş kələmi yeməmək yaxşıdır, çünki çox miqdarda CO2 buraxır və acı ola bilər.

Bu məhsul immunitet sistemini gücləndirir, ətlə istehlak edildikdə qan azlığı ilə mübarizə aparmağa kömək edir, həzmi yaxşılaşdırır, bağırsaq mikroflorasını normallaşdırır, həmçinin ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır.

Nubar Süleymanova, “İki sahil”