07 oktyabr 2024 11:05
698

Xətai rayonunda “Tullantıları hədiyyələrə dəyiş” festivalı baş tutub

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığıi ilə Xətai rayonu, Heydər Əliyev adına istirahət parkında növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.

Bu barədə "İki sahil"ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, festival çərçivəsində vətəndaşlar ümumi tutumu 3483 litr olan plastik, 495 litr olan şüşə və 479 ədəd işlənmiş batareya təhvil verərək əvəzində kitab, ekoçanta, məktəb ləvazimatlar və digər müxtəlif hədiyyələr əldə ediblər.

Tədbir zamanı uşaqlarla tullantıların çeşidlənməsinə dair maarifləndirici oyun keçirilib, ekoçantalar üzərində rəsmlər çəkilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbir tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində toplayıb təkrar emal etmək, tullantıların düzgün idarə olunmasını stimullaşdırmaq məqsədilə təşkil olunub.

Qeyd edək ki, payız əkin mövsümündə “Tullantıları tinglərə dəyiş” aksiyası yenidən start götürəcək.