Həm prezident, həm parlament seçkiləri bizi qane etdi.
“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, qurumun təsdiq etdiyi seçkilərlə bağlı maarifləndirmə proqramı çox əhatəli idi:
"Bütün beynəlxalq qurumlar təcrübə mübadiləsi aparmağa müsbət yanaşdılar. MSK prosesləri lazımi səviyyədə yerinə yetirə bildi. Komissiya üzvlərinə təşəkkür edərək, növbəti tədbirlərə hazırlaşmağı tövsiyə edirəm".