Metan emissiyalarının azaldılması Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) emissiyaların azaldılması proqramının tərkib hissəsidir.
“İki sahil” xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev “Bakı İqlim Fəaliyyəti Həftəsi” çərçivəsində keçirilən "Metanla mübarizədə irəliləyiş: Qlobal miqyasda metanın azaldılmasının irəlilədilməsi" mövzusunda panel sessiyasının açılışında deyib.
O qeyd edib ki, şirkət dekarbonizasiya prosesini optimallaşdırmaq üçün müntəzəm olaraq zərərli emissiyaları ölçür.
"Biz metan sızmalarını aşkar etmək üçün peyk şəkillərini tədqiq edirik. Biz, həmçinin peşəkar şirkətləri cəlb edərək yerdə ölçmə üsullarından istifadə etməyə başlamışıq və onlarla birlikdə metan emissiyaları ilə mübarizəmizi optimallaşdırmağa kömək edəcək süni intellekt aləti hazırlayırıq", - Ə.İsayev bildirib.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO