01 oktyabr 2024 14:11
488

SOCAR ədalətli enerji keçidi prosesində əlçatan enerjinin təmin edilməsinin vacibliyini vurğulayır

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ədalətli enerji keçidi çərçivəsində sərfəli enerjinin təmin edilməsini vacib hesab edir.

“İki sahil” xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 2-ci günündə "Ədalətli keçid tərəfdaşlığı və investisiya səfərbərliyi" dəyirmi masasında deyib.

O, subsidiyaların ləğvi ilə əhalinin enerji əlçatanlığı arasında balansın tapılmasının vacibliyini vurğulayıb.

"Subsidiyalar ətrafında müzakirələr iki əks mövqeni göstərir: bir tərəfdən, onların ləğvi enerjidən daha səmərəli istifadəyə və iqlim dəyişikliyinə qarşı mübarizəyə kömək edə bilərdi, digər tərəfdən isə bu, insanlar üçün enerji qiymətlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olardı", - deyə Ə.İsayev bildirib.