30 sentyabr 2024 16:19
488

SOCAR azad edilmiş ərazilərdə qaz təchizatı ilə bağlı görülmüş işləri açıqlayıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 2023-cü ildə işğaldan azad edilmiş ərazilərdə 24 yaşayış məntəqəsində qaz kəmərlərinin tikintisi işlərini aparıb.

“İki sahil” xəbər verir ki, bu barədə SOCAR-ın 2023-cü ildəki fəaliyyəti ilə bağlı illik hesabatında bildirilir.

Sənədə əsasən, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair l Dövlət Proqramı”nın icrası ilə bağlı ötən il “Azəriqaz” Ağdərə, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın rayonları ərazisində 24 yaşayış məntəqəsinin hüdudlarına qədər daşıyıcı qaz kəmərlərinin tikintisini həyata keçirilib.

Bundan 23 yaşayış məntəqəsinin daşıyıcı qaz kəmərlərinin tikintisi işləri tamamlanıb. Hazırda Füzuli və Laçın şəhərləri, Ağdərə rayonunun Talış kəndi, Laçın rayonunun Zabux kəndi təbii qazla təmin olunur.