24 sentyabr 2024 14:02
115

Kremldən Zelenskiyə CAVAB: Xüsusi əməliyyat bu halda başa çatacaq...

Moskva qarşıya qoyduğu məqsədləri yerinə yetirəndə Ukraynada xüsusi əməliyyat başa çatacaq.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov  bildirib.

O, Ukrayna prezidenti Vladimir Zelenskinin Ukrayna münaqişəsinin gözləniləndən tez bitəcəyi ilə bağlı sözlərinə belə cavab verib.

“İstənilən müharibə bu və ya digər şəkildə sülhlə başa çatır. Ancaq bizim üçün məqsədlərimizə çatmağın alternativi yoxdur. Onlara nail olan kimi xüsusi hərbi əməliyyat başa çatacaq”, - deyə, Kreml nümayəndəsi bildirib.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski Amerikanın ABC telekanalına müsahibəsində deyib ki, münaqişənin sonu çoxlarının gözlədiyindən daha yaxındır. Onun fikrincə, təqdim etdiyi “qələbə planı” Ukraynanın güclənməsinə xidmət edəcək.