24 sentyabr 2024 20:13
91

Sülh prosesində qeydə alınan irəliləyişlər Türkiyə-Ermənistan normallaşma prosesinə də müsbət təsir edəcək

“Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir, danışıqların ən qısa vaxtda sevindirici xəbərlərlə nəticələnməsini arzulayırıq”.

“İki sahil” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

“Azərbaycan-Ermənistan sülh prosesində qeydə alınan irəliləyişlər Türkiyə-Ermənistan normallaşma prosesinə də müsbət təsir edəcək”, - deyə Türkiyə Prezidenti bildirib.