24 sentyabr 2024 13:55
106

Rusiya Ukrayna ilə bağlı mövqeyini İrana çatdırmağa davam edəcək - Peskov

Kreml İran hakimiyyətinin Ukraynadakı hərbi münaqişə ilə bağlı mövqeyini suveren dövlətin mövqeyi hesab edir.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Ukraynadakı vəziyyəti Aİ və ABŞ nümayəndələri ilə müzakirə etməyə hazır olduğunu bildirən İran prezidenti Məsud Pezeşkiyanın sözlərinə belə cavab verib.

“Biz öz mövqeyimizi və Ukrayna ətrafındakı bu münaqişə ilə bağlı hər şeyi iranlı dostlarımıza izah etməyə davam edəcəyik. Müxtəlif sahələrdə əməkdaşlığımız çox müsbət inkişaf edir. Biz bu qarşılıqlı fəaliyyətin daha da genişlənəcəyini gözləyirik”, - deyə Peskov mətbuat konfransı zamanı bildirib.

Qeyd edək ki, İran prezidenti BMT Baş Assambleyası çərçivəsində Avropa Şurasının rəhbəri Şarl Mişel ilə görüşüb. Pezeşkian deyib ki, İran yalnız Rusiya və Ukrayna arasında hərbi münaqişəyə son qoymağa çalışır və sülhün tərəfdarıdır.