24 sentyabr 2024 00:28
111

Rusiyanın itkiləri açıqlandı - 43-cü gün

Ukrayna müharibənin 943-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 643 750 hərbçi, 8 784 ədəd tank, 17 252 ədəd zirehli döyüş maşını, 18 414 ədəd artilleriya sistemi, 1 197 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 949 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 25 102 ədəd avtomobil texnikası, 15 699 ədəd PUA, 2 593 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 145 xüsusi avadanlıq itirib.