24 sentyabr 2024 09:54
79

İsrailin bu ay Fələstində məktəblərə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 86-ya çatıb

İsrail sentyabr ayında Qəzza zolağında məktəblərə azı 10 dəfə zərbə endirib, 86 nəfər ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Fələstin üzrə İdarəsinin hesabatında qeyd edilib.

"Təkcə sentyabr ayında 10 məktəbə zərbələr endirilib, nəticədə 86 nəfər həlak olub", - sənəddə bildirilib.

Məlumata görə, son üç gündə İsrail ən azı üç məktəbə - ikisi Qəzza şəhərində və biri Nuseyrat qaçqın düşərgəsindəki məktəbə zərbələr endirib. Bu hücumlarda 16-sı uşaq olmaqla 32 nəfər ölüb.