23 sentyabr 2024 14:35
85

Avropada yeni təhlükəsizlik arxitekturası qurulmalıdır - AÇIQLAMA

Dəyişən beynəlxalq münasibətlər sistemi nəzərə alınmaqla Avropada yeni təhlükəsizlik arxitekturası qurulmalıdır.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kreml sözçüsünə görə, bu mövzu Rusiyanı da xüsusi narahat edən məsələdir: “Avropanın təhlükəsizlik arxitekturasının sürətlə dəyişməsi səbəbindən Avropa üçün yeni təhlükəsizlik arxitekturasını tamamilə yenidən qurmaq lazımdır. Bütün beynəlxalq münasibətlər sistemi dəyişir, ona görə də bu, gələcəkdə çox səy tələb edəcək. Əlbəttə ki, bu, bizim üçün xüsusi narahatlıq doğuran məsələ olacaqdır. Qanuni təhlükəsizlik maraqlarımızı, müvafiq təminat sistemimizi və s. təmin etmək üçün.”