23 sentyabr 2024 15:29
87

İsrailin Hizbullahın mövqelərinə zərbələri nəticəsində azı 50 nəfər ölüb, 300-dən çox yaralı var

İsrail ordusunun Livanın cənubundakı Hizbullah mövqelərinə endirdiyi zərbələr nəticəsində azı 50 nəfər ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

300-dən çox yaralının olduğu bildirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında İsrail ordusu mülki şəxslərə Hizbullahın silah saxlamaq üçün istifadə etdiyi yerlərdən uzaqlaşmaları barədə xəbərdarlıq edib.