23 sentyabr 2024 14:04
77

Kiyevin Krım körpüsü ilə bağlı iddiaları...

Kiyev hakimiyyətinin Rusiyaya qarşı iddiada Krım körpüsü ilə bağlı iddiaları BMT konvensiyasının hüdudlarından kənara çıxır.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Gennadi Kuzmin bildirib.

“Ukraynanın iddialarının əksəriyyəti, o cümlədən Krım körpüsü və müxtəlif suveren hüquqlarla bağlı əsas iddiaları BMT-nin Dəniz Hüququ Konvensiyasının əhatə dairəsindən tamamilə kənardadır”- deyə, o, bildirib.

Qeyd edək ki, sentyabrın 23-də Haaqa Beynəlxalq Arbitraj Məhkəməsi Ukraynanın Rusiyaya qarşı iddiası üzrə dinləmələrə başlayıb.