20 noyabr 2017 17:02
855

Qırğızıstanlı jurnalist Atambayevdən saat istəyib

Qırğızıstanlı jurnalist mətbuat konfransı zamanı Atambayevdən saat istəyib

Qırğızıstanın “De-Fakto” qəzetinin baş redaktoru Amantur Musaqulov respublika Prezidenti Almazbek Atambayevın altı illik hakimiyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransı zamanı ondan saat istəyib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, sual vermək üçün mikrofona yaxınlaşan Musaqulov yuxuda guya prezidentin ona saat hədiyyə etdiyini gördüyünü deyib. Sonra dövlət başçısından xahiş edib ki, “xatirə” üçün ona saat bağışlasın.

Atambayev gülərək qolundakı saatı çıxararaq jurnalistə verib. “Yaxşı ki, şalvarımı istəmədin”, - deyə zarafat edib.

Xatırladaq ki, Almazbek Atambayevın prezidentlik səlahiyyətləri oktyabrın 15-də keçirilən ümumxalq səsverməsi nəticəsində dövlətin yeni başçısı seçilən Sooronbay Jeenbekovin and içdiyi gün - noyabrın 24-də başa çatacaq.