20 sentyabr 2024 13:09
70

Əlilliyi olan 25 min uşağa reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzləri tərəfindən yanvar-avqust aylarında 18 yaşadək əlilliyi olan 25 min şəxsə reabilitasiya xidmətləri göstərilib.

Bu barədə "İki sahil"ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 1,4 min nəfəri stasionar, 16,4 min nəfəri ambulator, 2,1 min nəfəri icma əsaslı, 4,7 min nəfəri onlayn, 118 nəfəri ippoterapiya, 350 nəfəri səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Qeyd edilib ki, bu kateqoriyadan olan uşaqlar Agentliyin paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzi, eləcə də Qəbələ və Şəmkir Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri ilə təmin edilirlər.