20 sentyabr 2024 12:51
71

Yaxın vaxtlarda “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

Yaxın vaxtlarda bütün rəsmi prosedurlar tamamlanacaq və “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Bakıda keçirilən və Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısından sonra bildirib.

"Bu gün toplantıda iştirak edən ölkələr assosiasiyasının qurulmasına dəstəkləyir", - deyə o qeyd edib.