20 sentyabr 2024 12:46
64

Ufuk Yalçın: Azərbaycan "Avrasiya Nəqliyyat Marşrutu"nda aparıcı ölkədir

Bakı-Tbilisi-Qars (BTC) layihəsində Azərbaycan mərkəzi hissədədir. Eyni zamanda "Avrasiya nəqliyyat marşrutu"nun reallaşdırılmasında və Türkiyə ilə Azərbaycan arasında yük daşımalarının üst səviyyəyə çatdırılması məsələsində də aparıcı ölkədir.

“İki sahil” xəbər verir ki, bunu Türkiyə Dövlət Dəmir Yollarının "TCDD taşımacılık" şirkətinin Baş direktoru və İdarə Heyətinin sədri Ufuk Yalçın deyib.

O, bildirib ki, BTC layihəsində olduğu kimi Azərbaycan bu layihədə də mərkəzi nöqtədədir: "Bu, Gürcüstan və Türkiyə ilə bərabər Avropaya açılan bir dəhlizdir. Azərbaycan burda BTC-dakı rolundan başqa daha bir rol da öhdəsinə götürür. Bu əməkdaşlıqla Azərbaycanla yükdaşımaları sahəsində arzuladığımız yerə gələcəyik".

U.Yalçın Zəngəzur dəhlizi ilə də bağlı fikirlərini bölüşüb: "Qardaş Azərbaycanla birlikdə iş görməyimiz təkcə son on ildə olmayıb. On illərdir Azərbaycanın Qarabağda yaşadığı problemi bilirik. Türkiyənin də dəstəyi ilə Azərbaycan torpaqlarını işğaldan azad etdi. Artıq iki ölkənin başqa ölkələr üzərindən deyil, birbaşa Zəngəzur dəhlizi üzərindən bir-biri ilə görüşməsi və istədikləri yükləri qarşılıqlı şəkildə gətirməsinin önü açılacaq. Gələcəkdə Zəngəzur dəhlizinin Qarsa bağlanması məsələsi isə Azərbaycanla Türkiyənin daha effektiv və daha sürətli formada tək dövlət olaraq ortaya çıxacağı prosesin nişanəsidir. Bunu da birlikdə yaşayacağıq. Burda siyasi baxımdan başqa ölkələrin də baxışları, açıqlamaları var. Amma biz qardaş Azərbaycanla aramızdakı sərhədləri getdikcə dağıdacağıq, birliyimizi daha üst səviyyəyə çıxaracağıq. Zəngəzur dəhlizi bu deməkdir"./apa/