20 sentyabr 2024 12:34
73

Şəhid Mübariz Məmmədovun nəşinin qalıqları dəfn edilib

Bu gün 1-ci Qarabağ müharibəsində itkin düşmüş və eyniləşdirilmiş şəhid Məmmədov Mübariz İlyas oğlunun nəşinin qalıqları dəfn olunub.

“İki sahil” xəbər verir ki, şəhid Mübariz Məmmədov Nizami rayonu, Keşlə qəsəbəsi Şəhidlər Xiyabanında dəfn edilib.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, qazilər, şəhid ailələri, döyüş yoldaşları iştirak ediblər. Cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.

Qeyd edək ki, şəhid Mübariz Məmmədov 13.08.1966-cı il tarixdə Tovuz şəhərində doğulub, 29.09.1992-ci il tarixdə Ağdam şəhəri Sırxavənd kəndində itkin düşüb.