20 sentyabr 2024 12:07
66

Regionda ilk dəfə Beynəlxalq Kiberdiplomatiya Konfransı keçiriləcək

Sentyabrın 25-də regionda ilk dəfə Azərbaycanın ev sahibliyi edəcəyi Kiberdiplomatiya üzrə beynəlxalq konfrans keçiriləcək.

“İki sahil” xəbər verir ki, tədbir Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təşkilatçılığı ilə həyata keçirilir.

Konfransın məruzəçiləri və iştirakçıları yerli və xarici yüksək səviyyəli qonaqlardır.