20 sentyabr 2024 11:56
75

Tacikistan rəsmisi: Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası ilə yük həcmi artacaq

“Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulması ölkələr arasında yükdaşımaların həcmini artıracaq.

“İki sahil” xəbər verir ki, bunu “Tacikistan Dəmir Yolları” Dövlət Unitar Müəssisəsinin Yol rəisinin I müavini Sorbon Qulaxmadov Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısında bildirib.

"Təcrübə göstərir ki, nəqliyyatın səmərəli işləməsi üçün infrastrukturu inkişaf etdirmək, təkmilləşdirmək, optimal nəqliyyat marşrutları, kommunikasiyalar qurmaq lazımdır. Tacikistan hökuməti nəqliyyat sektorunun inkişafına, xüsusilə nəqliyyat dəhlizlərinin, dəmir yolu infrastrukturunun inkişafına və ölkənin tranzit zonaya çevrilməsinə böyük diqqət yetirir. Orta Dəhliz ölkələrimiz arasında perspektivli nəqliyyat dəhlizlərindən biridir", - deyə o qeyd edib.