20 sentyabr 2024 10:06
70

Abşeron və Bakı sakinlərinə qarşı dələduzluq edilib

Bakı və Sumqayıtda dələduzluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb.

"İki sahil"ə DİN-ə istinadən xəbər verir ki, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Abşeron rayon sakini olan bir nəfərin 12.000 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən 40 yaşlı F.Qəhrəmanov, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini olan bir nəfərin 9000 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən 41 yaşlı qadın saxlanılıb.

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə şəhər sakini olan bir nəfəri aldadaraq hesabına 500 manat ödətdirməkdə şübhəli bilinən 33 yaşlı C.Yusifovun da müəyyən olunaraq saxlanılıdığı bildirilib.

Faktlarla bağlı araşdırma aparılır.