20 sentyabr 2024 09:44
72

Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

“İki sahil” xəbər verir ki,  hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

1989-cu il təvəllüdlü Eyvaz İsmayılov idarə etdiyi "Lada Priora" markalı avtomobillə 1982-ci il təvəllüdlü Kamil Məmmədovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan sərnişin Elvin Musazadə isə gözündən aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.